​Yaponiyada 300 sərnişin güclü qar səbəbindən qatarda qalıb

​Yaponiyada 300 sərnişin güclü qar səbəbindən qatarda qalıb Yolda dayanmış qatar tədricən qarla örtülmək üzrədir
Digər ölkələr
3 Dekabr , 2014 08:20
​Yaponiyada 300 sərnişin güclü qar səbəbindən qatarda qalıb
Bakı. 3 dekabr. REPORT.AZ/ Yaponiyada güclü qarın yağması səbəbindən 300 nəfər sərnişin sürət qatarının içində qalıb.

"Report" "Euronews"a istinadən xəbər verir ki, qatar Yaponiyanın şimal-şərqində yerləşən Yamahata şəhərindən Sakit okean sahillərindəki Senday limanı istiqamətində hərəkət edirmiş.

Lakin pis hava şəraiti səbəbindən elektrik xətti sıradan çıxıb.

Şahidlərin sözlərinə görə, yolda dayanmış qatar tədricən qarla örtülmək üzrədir. Sərnişinlərin vaqonlardan çıxmaları və yollarına davam etmələri mümkünsüzdür.

Son xəbərlər

Orphus sistemi