Yaponiyada 2 nəfər günvurmadan ölüb, 6 minə yaxın insan xəstəxanaya yerləşdirilib

Yaponiyada 2 nəfər günvurmadan ölüb, 6 minə yaxın insan xəstəxanaya yerləşdirilib Bakı. 28 avqust. REPORT.AZ/ Yaponiyada avqustun 20-dən 26-dək olan həftə ərzində günvurmadan 2 nəfər ölüb.
Digər ölkələr
28 Avqust , 2018 07:54
Yaponiyada 2 nəfər günvurmadan ölüb, 6 minə yaxın insan xəstəxanaya yerləşdirilib

Bakı. 28 avqust. REPORT.AZ/ Yaponiyada avqustun 20-dən 26-dək olan həftə ərzində günvurmadan 2 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın təcili yardım xidmətinin tabeçiliyində olduğu Baş Yanğın İdarəsi məlumat yayıb.

Məlumata görə, daha 5890 nəfər xəstəxanalara yerləşdirilib.

Bu yay ölkə ərazisində ən yüksək temperatur iyulun sonunda Saytama prefekturasının Kumaqaya şəhərində qeydə alınıb. Burada havanın hərarəti kölgədə 41,1 Selsi dərəcəyə çatıb.

Son xəbərlər

Orphus sistemi