Yaponiyada 1,7 min nəfər tayfuna görə hava limanında gecələyib

Yaponiyada 1,7 min nəfər tayfuna görə hava limanında gecələyib Yaponiyada azı 1,7 min nəfər Krosa tayfununa görə hava reyslərinin ləğv edilməsi səbəbindən gecəni Osaka şəhərinin hava limanında keçirib.
Digər ölkələr
16 Avqust , 2019 05:46
Yaponiyada 1,7 min nəfər tayfuna görə hava limanında gecələyib

Yaponiyada azı 1,7 min nəfər "Krosa" tayfununa görə hava reyslərinin ləğv edilməsi səbəbindən gecəni Osaka şəhərinin hava limanında keçirib.

"Report"un məlumatına görə, bu barədə "Kiodo" agentliyi məlumat yayıb.

Qeyd edilir ki, hava limanının administrativ rəhbərliyi sərnişinlərə pulsuz suyataq kisələri paylayıb. Sərnişinlər hava limanının döşəməsində yatmağa məcbur olublar.

Məlumata görə, cümə axşamı 250-ə yaxın reys təxirə salınıb. Yaponiyada tayfun nəticəsində 1 nəfər həlak olub, daha 49 nəfər xəsarət alıb.

Hazırda tayfun Hokkaydo adası istiqamətində irəliləyir. Küləyin gücü saniyədə 25 metrə çatır.

Daha əvvəl bildirilib ki, Yaponiyanın qərb bölgələrində “Krosa” tayfununa görə 580 minədək sakinin təxliyyəsinə hazırlıq görülür.

Son xəbərlər

Orphus sistemi