Yuxarı

Yaponiya və ABŞ ticarət danışıqlarını başa çatdırıb

​Yaponiya və ABŞ ticarət danışıqlarını başa çatdırıb

YaponiyaABŞ ticarət razılaşmasının bağlanması üzrə danışıqları tamamilə qurtarıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə danışıqların final raundunun nəticəsinə əsasən Yaponiyanın xarici işlər naziri Tosimisu Moteqi jurnalistlərə bildirib.

Yaxın vaxtlara qədər ölkə iqtisadiyyatının bərpası üzrə nazir vəzifəsini icra etmiş Tosimisu Moteqi "danışıqlar tamamilə başa çatıb", - deyə vurğulayıb. O, əlavə edib ki, təfərrüatlar yaxın günlərdə elan ediləcək.

Güman edilir ki, ticarət razılaşmasının nəticəsini bu gün BMT Baş Assambleyasının sessiyasında danışıqlar aparacaq Yaponiyanın baş naziri Sindzo Abe və ABŞ prezidenti Donald Tramp rəsmən elan edəcəklər.

Qeyd edək ki, Yaponiya və ABŞ apreldən yeni formatda ticarət danışıqları aparırdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi