​Yaponiya Suriya qaçqınlarına 6 milyon dollar yardım ayıracaq

​Yaponiya Suriya qaçqınlarına 6 milyon dollar yardım ayıracaq Yardım BMT-nin Ümumdünya Ərzaq Proqramı vasitəsilə həyata keçiriləcək
Digər ölkələr
24 Fevral , 2015 07:22
​Yaponiya Suriya qaçqınlarına 6 milyon dollar yardım ayıracaq

Bakı. 24 fevral. REPORT.AZ/ Yaponiya Suriyanın silahlı münaqişə zonalarından qaçqın düşən insanlara 700 milyon yen (təqribən 6 mln. dollar) ayırmağı planlaşdırır.

"Report" TASS-a istinadən xəbər verir ki, müvafiq qərar Yaponiya Nazirlər Kabinetinin çərşənbə axşamı keçirilən iclasında qəbul olunub.

Ayrılacaq vəsaitin məcburi köçkünlər üçün geyim və qida məhsullarının alınmasına yönəldiləcəyi gözlənilir.

Yardım BMT-nin Ümumdünya Ərzaq Proqramı vasitəsilə həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi