Yaponiya Şimali Koreyaya qarşı sanksiyalar paketi hazırlayır

Yaponiya Şimali Koreyaya qarşı sanksiyalar paketi hazırlayır Rusiya və Çin məsələnin diplomatik yolla həllinin tərəfdarıdır
Digər ölkələr
28 May , 2017 08:38
Yaponiya Şimali Koreyaya qarşı sanksiyalar paketi hazırlayır

Bakı. 28 may. REPORT.AZ/ Yaponiya Şimali Koreyaya qarşı öz sanksiyalar paketini hazırlayır.

“Report” xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Qeyd olunur ki, Tokio Vaşinqtonla birgə BMT Təhlükəsizlik Şurasını Pxenyana qarşı yeni sanksiyalar tətbiq etməyə razı salmaq niyyətindədir.

Rusiya və Çin məsələnin diplomatik yolla həllinin tərəfdarı olduğundan, Yaponiya öz məhdudlaşdırıcı tədbirlərinin tətbiqini sürətləndirir.

Son xəbərlər

Orphus sistemi