​Yaponiya Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb

​Yaponiya Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb Rəsmi Tokio oğurlanmış vətəndaşlarının taleyi ilə bağlı danışıqlar prosesini sürətləndirmək istəyir
Digər ölkələr
11 Mart , 2015 10:23
​Yaponiya Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzadıb

Bakı. 11 mart. REPORT.AZ/ Yaponiya hökuməti Şimali Koreyaya tətbiq etdiyi sanksiyanın müddətini iki il uzadıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu məlumatı Yaponiyanın hökumət dairələri bildirib.

Xəbərə görə, sanksiyanın müddəti bu ilin aprelində bitir. Qərarın qəbul edilməsinə səbəb Yaponiya vətəndaşlarının zorla Şimali Koreyada saxlanılması məsələsinə dair danışıqlarda irəliləyişin olmamasıdır.

Məlumata əsasən, Yaponiya sanksiya tətbiq etməklə oğurlanmış vətəndaşlarının taleyi ilə bağlı danışıqları sürətləndirmək istəyir.

Xatırladaq ki, 1970-80-ci illərdə Şimali Koreyanın xüsusi xidmət orqanları Yaponiya vətəndaşlarını oğurlayıb. Ötən ilin yayında rəsmi Pxenyan onların işinin arşdırılması üzrə xüsusi komitə yaradıb. Bundan sonra Yaponiya Şimali Koreyaya tətbiq etdiyi sanksiyaları yumşaldıb.

Onu da qeyd edək ki, Yaponiya 17 vətəndaşının oğurlandığını iddia etdiyi halda Şimali Koreya 13 faktı təsdiqləyib.

Bundan başqa Yaponiya Şimali Koreyaya həm də ballistik raketlərin sınağını keçirdiyi üçün sanksiya tətbiq edib. 

Son xəbərlər

Orphus sistemi