Yaponiya müdafiə büdcəsini artırıb

Yaponiya müdafiə büdcəsini artırıb Baş nazir Şinzo Abenin kabineti 42 milyard dollar büdcəsini təsdiqləyib
Digər ölkələr
14 Yanvar , 2015 22:03
Yaponiya müdafiə büdcəsini artırıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Çinin regionda, əsasən də Şərqi Çin dənizində artmaqda olan hərbi təsirinə cavab olaraq Yaponiya müdafiə büdcəsini artırıb.

"Report" Amerikanın Səsi-nə istinadən xəbər verir ki, Baş nazir Şinzo Abenin kabineti 42 milyard dollar büdcəsini təsdiqləyib.

Yaponiyanın müdafiə büdcəsində üç il ardıcıl artım olub. Nazirlik bu pula nəzarət təyyarələri, dronlar, F-35 döyüş təyyarələri və amfibiya hücum təyyarələri alınmasını nəzərdə tutub.

Tokio Çində Diaoyus, Yaponiyada isə Senkakus adlanan bir qrup boş adalara görə Pekinlə ərazi mübahisəsi aparır.

Büdcə Yaponiya qanunvericiləri tərəfindən təsdiqlənmələdir.

Hərbi xərclərini artırmasına baxmayaraq Yaponiyanın hərbi büdcəsi ötən il hərbi büdcəsi 132 milyard dollar olan Çindən olduqca aşağıdır. Çinin hərbi büdcəsi ABŞ-dan sonra ikincidir.

Son xəbərlər

Orphus sistemi