Yaponiyanın yeni imperatoru Naruhitonun taxta çıxması ilə bağlı oktyabrın 22-də keçirilməli olan parad “Haqibis” tayfununun nəticələrinə görə təxirə salınıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın ictimai televiziyası məlumat yayıb.
Qeyd olunur ki, Yaponiya hökuməti noyabrın 10-nu parad üçün yeni tarix seçib.
Xatırladaq ki, Yaponiyada azı 77 nəfərin ölümünə səbəb olan “Haqibis” tayfununun nəticələrinin aradan qaldırılması üçün işlər görülür, habelə axtarış-xilasetmə işləri davam etdirilir.
İmperator Naruhito bu il mayın 1-də taxta çıxıb. Bu münasibətlə əsas mərasimlərin oktyabrın 22-də, eləcə də noyabr ayında keçirilməsi planlaşdırılırdı.