Yuxarı

Yaponiya hökumətinin yeni tərkibi açıqlanıb

Yaponiya hökumətinin yeni tərkibi açıqlanıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yosihide Suqa hökumətinin yeni tərkibini açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Daha əvvəl yenidən seçilmiş Baş nazir Sindzo Abenin hökumətin istefasını qəbul etdiyi barədə xəbər yayılıb.

Əvvəlcədən nəzərdə tutulduğu kimi, Nazirlər Kabinetində 18 yerdən 12-ni yeni məmur tutub. Eyni zamanda, S.Abe əsas nazirləri, o cümlədən Y.Suqunu tutduğu vəzifədə saxlayıb.

Onunla yanaşaı, baş nazirin müavini və maliyyə naziri Taro Aso, xarici işlər naziri Taro Kono, eləcə də iqtisadiyyat, sənaye və ticarət naziri vəzifələrini tutan Hirosiqe Seko da vəzifəsində qalıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi