Yaponiya Çindən qorunmaq üçün gəmi əleyhinə raketlər yerləşdirmək istəyir

Yaponiya Çindən qorunmaq üçün gəmi əleyhinə raketlər yerləşdirmək istəyir Ölkə hökuməti ilin sonuna qədər məsələ ilə bağlı qərar qəbul edəcək
Digər ölkələr
27 Fevral , 2018 08:43
Yaponiya Çindən qorunmaq üçün gəmi əleyhinə raketlər yerləşdirmək istəyir

Bakı. 27 fevral. REPORT.AZ/ Yaponiya hökuməti Çin hərbi gəmilərindən potensial olaraq qorunmaq üçün Okinava prefekturasının cənubunda gəmi əleyhinə raketlərin yerləşdirilməsi imkanlarını nəzərdən keçirməyə başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli "Asahi" qəzeti yazıb.

Bildirilir ki, hazırda Yaponiyanın Müdafiə Nazirliyi, eləcə də, ölkənin Milli Təhlükəsizlik Şurası xətti ilə bu qərarın hazırlanması prosesi gedir. Nəşr yazır ki, idarə cari ilin sonuna qədər qərar qəbul edəcək. Qərar qəbul olunacağı təqdirdə, Okinavaya 200 km. məsafədə hədəfi vura biləcək gəmi əleyhinə raketlər yerləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi