Yuxarı

Yaponiya ABŞ-ın KXDR-ə qarşı sanksiyalarını dəstəkləyib

Bakı. 24 fevral. REPORT.AZ/ Yaponiya ABŞ-ın KXDR-ə qarşı yeni sanksiyalarını dəstəkləyib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin baş nazirinin müşaviri Kentaro Sonouro bildirib.

"Son vaxtlar müxtəlif fəallıqlar, məsələn Olimpiya oyunlarının keçirilməsi fonunda Cənubla (Cənubi Koreya-red) Şimal (KXDR-red) arasında dialoqun başlanmasının qeydə alınmasına baxmayaraq, KXDR nüvə silahının və ballistik raketin hazırlanması işini dayandırmayıb. Biz ona qarşı təzyiqi artırmalıyıq", - deyə Sonoura bildirib.

O, vurğulayıb ki, Yaponiya ABŞ-ın mövqeyini qətiyyətlə dəstəkləyir və sanksiyaların genişlənməsinə kömək etməyə hazırdır.

Daha əvvəl ABŞ KXDR-in daha 27 şirkətini, 28 gəmisini və 1 nəfəri sanksiyalar siyahısına salıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi