Yanukoviçin oğlunun Baykalda vəfat etməsi təsdiqlənib

Yanukoviçin oğlunun Baykalda vəfat etməsi təsdiqlənib "O, təhlükəsizlik kəmərini açmaq üçün dəyərli saniyələri sərf edib"
Digər ölkələr
23 Mart , 2015 13:52
Yanukoviçin oğlunun Baykalda vəfat etməsi təsdiqlənib

Bakı. 23 mart. REPORT.AZ/ Ukrayna Daxili İşlər Nazirinin müşaviri və Ukrayna Ali Radasının millət vəkili Anton Geraşenko Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin oğlunun Baykalda vəfat etməsi xəbərini təsdiqləyib.

"Report" "Moskovskiy Komsomolec" qəzetinə istinadən xəbər verir ki, millət vəkilinin məlumatına görə, vəfat edən Davıdov soyadını daşıyıb.

Geraşenkonun sözlərinə görə, kiçik Viktor Yanukoviç qarın altında görünməyən köhnə və yeni buz arasında sərhədin üstünə çıxıb. "Faciənin şahidlərinin sözlərinə görə, Viktor buzun üstünə çıxarkən təhlükəsizlik kəməri bağlı olub, və avtomobil sürücü tərəfə əyiləndə, onu açmaq üçün dəyərli saniyələri sərf edib. Sürücü tərəfdən qapının açılmasına buz mane olub", - bunu millət vəkili oz Facebook səhifəsində yazıb. 

Son xəbərlər

Orphus sistemi