"Yahoo!"nun 1 milyarddan çox istifadəçisinin şəxsi məlumatları oğurlanıb

"Yahoo!"nun 1 milyarddan çox istifadəçisinin şəxsi məlumatları oğurlanıb Məlumatlar arasında elektron poçt ünvanları, telefon nömrələri və şifrələri var
Digər ölkələr
15 Dekabr , 2016 05:12
Yahoo!nun 1 milyarddan çox istifadəçisinin şəxsi məlumatları oğurlanıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Amerikanın böyüklüyünə görə ikinci axtarış sistemi olan "Yahoo!"nun 1 milyarddan çox istifadəçisinin məlumatları oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə internet şirkətin məlumatında bildirilir.

Oğurlanan məlumatlar arasında istifadəçilərin adları, elektron poçt ünvanları, telefon nömrələri, doğum tarixləri və şifrələri var.

Şirkət istifadəçilərin qeydiyyat yazılarının təhlükəsizliyinin təmin edilməsi üzrə addımlar atdığını və hüquq-mühafizə orqanları ilə sıx əlaqədə işlədiyini bəyan edib.

Son xəbərlər

Orphus sistemi