Xorvatiyanın administrasiya naziri istefa verib

Xorvatiyanın administrasiya naziri istefa verib Xorvatiyanın Baş naziri Andrey Plenkoviç administrasiya naziri Lovro Kuşçeviçin istefasını qəbul edib.
Digər ölkələr
9 İyul , 2019 11:50
Xorvatiyanın administrasiya naziri istefa verib

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç administrasiya naziri Lovro Kuşçeviçin istefasını qəbul edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu, yerli KİV-də Kuşçeviçin torpaq sahələri və daşınmaz əmlakla bağlı qeyri-qanuni maxinasiyaları haqqında məlumatın dərc olunmasından sonra baş verib.

Qeyd olunur ki, hakim Xorvatiya Demokratik Birliyi Partiyası uzun sürən müşavirəsindən sonra Kuşçeviç həmçinin partiyanın siyasi müşaviri vəzifəsindən də gedib. 

"KİV-də yazılanları nəzərə alaraq, Kuşçeviç tutduğu vəzifələri tərk edəcək və parlamentdəki işinə qayıdacaq. O, ardından mediada işıq üzü görən bütün anlaşılmazlıqları həll edəcək", - baş nazir deyib.

Son xəbərlər

Orphus sistemi