Xorvatiya Şengen sazişinə qoşulmaq məsələsinə yenidən baxa bilər

Xorvatiya Şengen sazişinə qoşulmaq məsələsinə yenidən baxa bilər "Qaçqınlar gəlişini Şengen zonasının girişi olan Yunanıstanda saxlamaq lazımdır".
Digər ölkələr
5 Oktyabr , 2015 08:28
Xorvatiya Şengen sazişinə qoşulmaq məsələsinə yenidən baxa bilər

Bakı. 5 oktyabr. REPORT.AZ/ Şengen zonasına daxil olan ölkələrdə qaçqınlar məsələsinə münasibət fərqlidir, bu isə öz növbəsində Xorvatiyanın bu sazişə qoşulması məsələsinə yenidən baxılmasına gətirib çıxaracaq.

Xorvatiyanın Baş naziri Zoran Milanoviç qaçqınların yerləşdirilməsi üçün nəzərdə tutulan müvəqqəti “Opatovats” mərkəzini ziyarət edərkən deyib. Baş nazirin fikrincə, qaçqınlar gəlişini bu axının başlanğıc nöqtəsi, Şengen zonasının girişi olan Yunanıstanda saxlamaq lazımdır.

Bir neçə ay öncə Xorvatiya Şengen zonasına daxil olmaq üçün müraciət edib. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, miqrant böhranı başlandıqdan sonra Xorvatiyaya 90 min nəfər daxil olub.

Son xəbərlər

Orphus sistemi