​Xorvatiyada prezident seçkilərinin II turuna start verilib

​Xorvatiyada prezident seçkilərinin II turuna start verilib Prezidentlik uğrunda iki namizəd mübarizə aparır
Digər ölkələr
11 Yanvar , 2015 12:05
​Xorvatiyada prezident seçkilərinin II turuna start verilib

Bakı. 11 yanvar. REPORT.AZ/ Xorvatiyada prezident seçkilərinin ikinci turu keçirilir.

"Report" BBC-yə istinadən xəbər verir ki, seçkilərin birinci turunda ölkənin hazırki prezidenti sosial-demokrat İvo Yosipoviç və "Xorvat Demokratik Birliyi" mərkəz-sağ partiyasının nümayəndəsi Kolinda Qrabar-Kitaroviç səslərin əksər hissəsini toplayıb.

Səsvermənin yekunlarına görə, Yosipoviç səslərin 38,46, onun rəqibi isə 37,22%-ni toplayıb.

Son xəbərlər

Orphus sistemi