Yuxarı

XİN: Səudiyyə Ərəbistanının sərhədçiləri tərəfindən İran balıqçısının öldürülməsi araşdırılır

XİN: Səudiyyə Ərəbistanının sərhədçiləri tərəfindən İran balıqçısının öldürülməsi araşdırılır
Hazırda XİN hadisə ilə bağlı ilkin hesabatların alınmasını gözləyir
© Ssl.panoramio.com

Bakı. 18 iyun. REPORT.AZ/ İranın Xarici İşlər Nazirliyi (XİN) Səudiyyə Ərəbistanının sahil mühafizəsinin əməkdaşları tərəfindən öldürülmüş balıqçı ilə bağlı araşdırmalara başlayıb.

"Report"un məlumatına görə, bu barədə hadisəylə bağlı başsağlığı verən XİN nümayəndəsi Bəhram Qasemi bildirib. O, qeyd edib ki, hazırda XİN hadisə ilə bağlı ilkin hesabatların alınmasını gözləyir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Sahil Mühafizə Xidmətinin əməkdaşları Fars körfəzində İranın balıqçı qayıqlarına atəş açıb. Silahlı insident nəticəsində 1 nəfər ölüb. İran tərəfi Səudiyyə tərəfinin hərəkətlərini yolverilməz adlandırıb. Tehran hazırda qayıqların sərhədi keçib-keçmədiklərini dəqiqləşdirir.

İranın Daxili İşlər Nazirliyinin Sərhəd İdarəsinin başçısı Məcid Akababay isə bildirib ki, Səudiyyə Ərəbistanının sərhədçiləri balıqçı qayığını onların sərhədi keçib-keçmədiklərini yoxlamadan atəşə tutublar. O, qeyd edib ki, balıqçı arxadan açılan atəşlə öldürülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi