Yuxarı

Xəlifə Haftar və Faiz Sarac bu gün Moskvada görüşəcək

​Xəlifə Haftar və Faiz Sarac bu gün Moskvada görüşə bilər

Liviyada düşmənçilik edən iki tərəfin liderləri – Liviya Milli Ordusunun komandanı, feldmarşal Xəlifə Haftarla Liviya Milli Razılıq Hökumətinin rəhbəri Faiz Sarac bazar ertəsi günü Moskvada görüşə bilərlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Liviyanın “Akhbarlibya 24” portal bildirib.

Məlumata görə, bununla bağlı hələ rəsmi informasiya yayılmayıb.

Qeyd edilir ki, bazar günü Türkiyəyə səfər edən Saracın bazar ertəsi Moskvaya gəlişi gözlənilir. 

Digər mətbu orqanın məlumatına görə, Haftar bazar günü Rusiya paytaxtı Moskvaya gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi