Yuxarı

Xameneinin köməkçisi: "ABŞ İŞİD yaraqlılarını Əfqanıstana yönləndirir"

Xameneinin köməkçisi: "ABŞ İŞİD yaraqlılarını Əfqanıstana yönləndirir"
Bu ölkənin Yaxın Şərqdə mövcudluğu təhlükəlidir

Bakı. 6 may. REPORT.AZ/ İranın ali dini lideri Əli Xameneinin köməkçisi general-mayor Yəhya Rəhim Səfəvi bildirib ki, ABŞ İŞİD terror qruplaşmasının yaraqlılarını Əfqanıstana yönləndirir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, onun sözlərinə görə, Birləşmiş Ştatlar hökuməti İŞİD-in yaradıldığını özü etiraf edib və bu gün bizim terrorçuların Əfqanıstana yönləndirilməsi ilə bağlı sübutlarımız var.

Səfəvi bildirib ki, ABŞ bütün regionu məhv edir və bu ölkənin Yaxın Şərqdə mövcudluğu təhlükəlidir.

"Əgər bu gün Tramp İranın nüvə proqramının dinc mahiyyətinin təmin edilməsi üzrə əhatəli birgə fəaliyyət planına dair məsələni qaldırırsa, bu, onun İranda uğradığı uğursuzluqlardan irəli gəlir. Amerikalılar Suriyanı tərk etmək və Qərbi Asiyadan geri çəkilmək məcburiyyətindədirlər və böyük İran xalqının öhdəsindən gələ bilməz", - deyə Səfəvi əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi