"WikiLeaks" Hillari Klintonun seçki kampaniyası barədə məlumatlar dərc etməyə hazırlaşır

"WikiLeaks" Hillari Klintonun seçki kampaniyası barədə məlumatlar dərc etməyə hazırlaşır Culian Assanj: "Bəzi sənədlər olduqca maraqlıdır, bəziləri isə artıq məlum faktları fərqli şəkildə göstərə bilər"
Digər ölkələr
25 Avqust , 2016 11:50
WikiLeaks Hillari Klintonun seçki kampaniyası barədə məlumatlar dərc etməyə hazırlaşır

Bakı. 25 avqust. REPORT.AZ/ "WikiLeaks" Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Hillari Klintonun seçki kampaniyası ilə bağlı sənədləri ictimaiyyətə çatdırmaq niyyətindədir.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, bu barədə "WikiLeaks"in yaradıcısı Culian Assanj məlumat verib.

O, sənədlərin detallarını açıqlamayıb, ancaq sənədlərin mənbələrinin seçki kampaniyası ilə bağlı müxtəlif institutlar olduğunu bildirib.

C.Assanjın sözlərinə görə, bəzi sənədlər olduqca maraqlıdır, bəziləri isə artıq məlum faktları fərqli şəkildə göstərə bilər.

Son xəbərlər

Orphus sistemi