Yuxarı

"Washington Post": Senat böyük ehtimalla Tillersonu dövlət katibi vəzifəsinə təsdiqləyəcək

"Washington Post": Senat böyük ehtimalla Tillersonu dövlət katibi vəzifəsinə təsdiqləyəcək
Demokratlar Tillersonun dövlət katibi vəzifəsinə təsdiqlənməsinə çətin ki, mane ola bilsinlər

Bakı. 5 yanvar. REPORT.AZ/ ABŞ Senatı böyük ehtimalla respublikaçı prezident Donald Tramp tərəfindən namizədliyi dövlət katibi postuna irəli sürülmüş Reks Tillersonu bu vəzifəyə təsdiq edəcək.

"Report" xəbər verir ki, bu barədə "Washington Post" nəşri yazıb.

"Washington Post"un versiyasına əsasən, demokratlar Senatın "ExxonMobil" şirkətinin rəhbəri Reks Tillersonun dövlət katibi vəzifəsinə təsdiqlənməsinə çətin ki, mane ola bilsinlər.

Bundan əvvəl isə "Politico" nəşri Senatın yanvarın 11-də Donald Tramp administrasiyasının nazir vəzifələrinə namizədləri ilə bağlı dinləmələr keçirəcəyini xəbər verib.

Nəşr qeyd edib ki, dövlət katibi vəzifəsinə namizədliyi irəli sürülmüş Reks Tillerson, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəhbəri vəzifəsinə irəli sürülmüş Mayk Pompeo, həmçinin ədliyyə naziri vəsifəsinə irəli sürülmüş Ceff Seşns və təhsil naziri vəzifəsinə namizəd göstərilmiş Betsi Devosla bağlı dinləmələr keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi