Vyetnamda qasırğa ilə əlaqədar 650 min nəfər köcürülüb

Vyetnamda qasırğa ilə əlaqədar 650 min nəfər köcürülüb Bakı. 25 dekabr. REPORT.AZ/ Vyetnamım cənub sahillərinə “Tembin” adlı qasırğa yaxınlaşdığından 650 mindən çox sakin köçürülüb.
Digər ölkələr
25 Dekabr , 2017 09:37
Vyetnamda qasırğa ilə əlaqədar 650 min nəfər köcürülüb

Bakı. 25 dekabr. REPORT.AZ/ Vyetnamım cənub sahillərinə “Tembin” adlı qasırğa yaxınlaşdığından 650 mindən çox sakin köçürülüb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda Byetnam təbii fəlakətlərin nəticələri ilə mübarizə komitəsi məlumat yayıb.

İnformasiyaya əsasən, “Tembin” dekabrın 26-da gecə saatlarında ölkənin cənub hissəinə Mekonq çayının deltası bölgəsinə çatacağı gözlənilir.

Son illər “Tembin” qasırğası 200-ə yaxın insanın ölümünə və böyük dağıntılara səbəb olub.

“Tembin” bu mövsüm Vyetnamda 16-cı qasırğadır. Cari ilin son 11 ayında ölkədə baş verən fırtına, qasırğa və leysanlar nəticəsində 390 nəfər ölüb və itkin düşüb, 650 nəfərdən çox vyetnamlı xəsarət alıb və yaralanıb. 2017-ci ildə təbii fəlakətlər nəticəsində ölkəyə 2,3 milyard dollardan artıq ziyan dəyib. 

Son xəbərlər

Orphus sistemi