Yuxarı

Vyetnamda dövlət çevrilişinə cəhddə ittiham edilən qrup üzvləri azadlıqdan məhrum edilib

Vyetnamda dövlət çevrilişinə cəhddə ittiham edilən qrup üzvləri azadlıqdan məhrum edilib

Bakı. 30 dekabr. REPORT.AZ/ Vyetnamda məhkəmə hökuməti devirməyə cəhddə ittiham olunan 9 nəfər barəsində müxtəlif müddətlərdə cəza hökmü çıxarıb.

"Report" xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

Məlumatda qeyd edilir ki, onlar həmçinin dövlət əleyhinə təbliğatda təqsirləndiriliblər. Bununla yanaşı, müttəhimlər hökuməti devirməyə çağıran vərəqələri yaymaqda da ittiham ediliblər.

"ANTV"-nin məlumatına görə, məhkəmənin hökmünə əsasən 42 yaşlı Ta Tan Lok 14 il müddətinə azadlıqdan məhrum olunub. Onun 8 cinayət əlbiri isə 3 ildən 13 il müddətinə qədər azadlıqdan məhrumedilmə cəzaları alıblar.

Məhkəmə həmçinin qrupu xarici irticaçı qruplaşma ilə əlaqədə ittiham edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi