Vyetnamda baş verən daşqınlar nəticəsində ən azı 21 nəfər həlak olub

Vyetnamda baş verən daşqınlar nəticəsində ən azı 21 nəfər həlak olub Daşqınların tropik siklonunun ölkənin mərkəzi hissələrinin sahillərinə gətirdiyi güclü leysanlarla əlaqəli olduğu bildirilir
Digər ölkələr
17 Oktyabr , 2016 00:34
Vyetnamda baş verən daşqınlar nəticəsində ən azı 21 nəfər həlak olub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Vyetnamda baş verən daşqınlar nəticəsində ən azı 21 nəfərin həlak olduğu bildirilir. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, daha 8 nəfər itkin düşüb.

Ölkənin təbii fəlakətlərin qarşısının alınması Komitəsinin hesabatına əsasən, həlak olanların əksəriyyəti Vyetnamın mərkəzində yerləşən Kuanqbin əyalətinin sakinləri olub.

İlkin məlumatlara görə, daşqınlar zamanı 7 ev dağılıb, 100 minə yaxın evi su basıb.

Daşqınların tropik siklonunun ölkənin mərkəzi hissələrinin sahillərinə gətirdiyi güclü leysanlarla əlaqəli olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi