Vyetnamda barda yanğın zamanı 13 nəfər ölüb

Vyetnamda barda yanğın zamanı 13 nəfər ölüb Hadisə müəssisənin pərdəsinin yanması nəticəsində baş verib
Digər ölkələr
2 Noyabr , 2016 22:20
Vyetnamda barda yanğın zamanı 13 nəfər ölüb

Bakı. 2 noyabr. REPORT.AZ/ Vyetnamın paytaxtı Hanoedə karaoke-barda baş verən yanğın zamanı ən azı 13 nəfər həyatını itirib.

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə müəssisənin pərdəsinin yanması, ardınca isə bütün səkkizmərtəbəli binanı əhatə etməsi nəticəsində baş verib.

Yanğın daha sonra bir sıra qonşu binalara da keçib.

Hadisə nəticəsində küçədə park edilən bir avtomobil və bir neçə motosiklet də yanıb.

Xilasetmə işlərində iştirak edən iki polis əməkdaşı yanıq xəsarətləri alıb.

Son xəbərlər

Orphus sistemi