Vyetnamda azı 12 nəfər "Toraci" qasırğasının qurbanı olub

Vyetnamda azı 12 nəfər "Toraci" qasırğasının qurbanı olub Bakı. 18 noyabr. REPORT.AZ/ Vyetnamın Kxanxoa vilayətinin Nyaçanq şəhərində azı 12 nəfər Toraci qasırğasının qurbanı olub.
Digər ölkələr
18 Noyabr , 2018 18:14
Vyetnamda azı 12 nəfər Toraci qasırğasının qurbanı olub

Bakı. 18 noyabr. REPORT.AZ/ Vyetnamın Kxanxoa vilayətinin Nyaçanq şəhərində azı 12 nəfər "Toraci" qasırğasının qurbanı olub.

Bu barədə "Report" yerli "VnExpress"ə istinadən xəbər verir.

Yerli hakimiyyət oirqanının nümayəndəsi Nquen Si Kxanyanın verdiyi məlumatda bildirilir ki, leysan yağışlar güclü dağıntılara səbəb olub. Sakinlərdən ikisi yerli restoranın divarının uçması nəticəsində həlak olub. Ölənlər arasında 7 yaşlı uşaq və rerstoran sahibi də var. Bundan əlavə, hadisə nəticəsində daha 4 nəfər xəsarət alıb.

Nyaçanqın sakinlərini şəhərdən təxliyyə etmək lazım gəlib. 

Son xəbərlər

Orphus sistemi