Yuxarı

Vyanada Suriyaya Beynəlxalq Dəstək Qrupunun görüşü başlayıb

Vyanada Suriyaya Beynəlxalq Dəstək Qrupunun görüşü başlayıb
Görüş zamanı tərəflər Suriyada atəşkəs rejiminin bərqərar olunması üzrə Rusiya-ABŞ razılaşmasının icra olunmasını qiymətləndirəcək

Bakı. 17 may. REPORT.AZ/ Vyanada Rusiya və ABŞ-ın həmsədrləri olduğu Suriyaya Beynəlxalq Dəstək Qrupunun görüşü başlayıb.

Bu barədə "Report" "TASS"a istinadən xəbər verir. 

Rusiya XİN rəhbəri Sergey Lavrov ötən gün Avstriyanın paytaxtına gələrək, ABŞ-ın dövlət katibi Con Kerri, Suriya müxalifətinin bir sıra qruplarının nümayəndələrilə danışıqlar aparıb, eləcə də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak edib. 

Görüş zamanı tərəflər Suriyada atəşkəs rejiminin bərqərar olunması üzrə Rusiya-ABŞ razılaşmasının icra olunmasını qiymətləndirəcək.

Razılaşmanın həyata keçirilməsinin müddəti, onun riayət olunmasına nəzarət, eləcə də Suriyada siyasi prosesin işə salınması kimi məsələlər diqqət mərkəzində olacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi