​Vyanada məscidin divarına islama qarşı təhqiredici sözlər yazılıb

​Vyanada məscidin divarına islama qarşı təhqiredici sözlər yazılıb "Gecə namaz qılarkən bizə qarşı hansı pislikləri edəcəkləri məlum deyil"
Digər ölkələr
8 Yanvar , 2015 17:49
​Vyanada məscidin divarına islama qarşı təhqiredici sözlər yazılıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Avstriyanın paytaxtı Vyanada İslam Federasiyasına aid Tuna məscidinin divarına islamı təhqir edən sözlər yazılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tuna məscidinin məsulu Ərcan Karakuş açıqlama verib. Onun sözlərinə görə, buna Fransadakı hadisələr təsir göstərib.

O deyib ki, son zamanlar Avstriyada islama qarşı düşmənçilik artıb: "Məscidlərə donuzun orqanları qoyulur, başı örtülü qadınlara hücum edilir. Bunlar bizi narahat edir. Gecə namaz qılarkən bizə qarşı hansı pisliklər edəcəkləri məlum deyil".

Məscidin məsulu baş vermiş hadisə ilə bağlı vətəndaşlar tərəfindən polisə müraciət edildiyini də söyləyib.

Son xəbərlər

Orphus sistemi