"Vostok" gəmisinin axtarışlarına yenidən aviasiya cəlb olunacaq

"Vostok" gəmisinin axtarışlarına yenidən aviasiya cəlb olunacaq Yapon dənizində itən balıqçı gəmisində iki azərbaycanlı da var
Digər ölkələr
28 Yanvar , 2018 04:59
Vostok gəmisinin axtarışlarına yenidən aviasiya cəlb olunacaq

Bakı. 28 yanvar. REPORT.AZ/ Bazar günü yanvarın 25-də Yapon dənizində itkin düşən "Vostok" balıqçı gəmisinin axtarışları üzrə əməliyyatlar gəmi və aviasiyanın köməkliyi ilə davam etdiriləcək.

“Report” xəbər verir ki, bu barədə Vladivostok Xilasetmə və Koordinasiya Mərkəzinin nümayəndəsinə istinadən "İnterfax" məlumat yayıb.

"Bazar günü axtarışlara yenidən aviasiyanın qoşulması planlaşdırılır", - deyə həmsöhbət bildirib.

Əməliyyatlara "Spasatel Zaborşikov" xilasetmə yedəyi, "Kunaşir" teploxodu və "Okean" trauleri cəlb olunub.

"Vostok" gəmisi yanvarın 25-də yoxa çıxıb. Rusiyanın Primorski vilayətinin Posyot limanından 50–70 mil aralıda gəminin qəza sıqnalı işə düşüb. Onun göyərtəsində 20 nəfər, eləcə də iki azərbaycanlı olub.

Son xəbərlər

Orphus sistemi