Vladivostok-Pxenyan reysi hərbi əməliyyatlar təhlükəsi səbəbindən təxirə salınıb

Vladivostok-Pxenyan reysi hərbi əməliyyatlar təhlükəsi səbəbindən təxirə salınıb Bu barədə qərar "Air Koryo" aviaşirkətinin rəhbərliyi tərəfindən qəbul olunub
Digər ölkələr
15 Aprel , 2017 01:34
Vladivostok-Pxenyan reysi hərbi əməliyyatlar təhlükəsi səbəbindən təxirə salınıb

Bakı. 15 aprel. REPORT.AZ/ Şimali Koreyanın "Air Koryo" aviaşirkətinin Vladivostokdan (Rusiya) Pxenyana həyata keçirməli olduğu reys Koreya Xalq Demokratik Respublikası və ABŞ arasında insident baş verə biləcəyi təhlükəsi səbəbindən 8 saat gecikib.

"Report" xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Avia.pro" agentliyi məlumat yayıb.

Reysin gecikdirilməsinə dair qərar aviaşirkət rəhbərliyi tərəfindən qəbul olunub.

"İlkin məlumata görə, ABŞ-ın hərbi gəmi və təyyarələrinin KXDR-yə zərbə endirmək niyyətində olmasına dair təhlükə mövcuddur", - deyə agentlik yazıb.

"Air Koryo" şirkətinin rəhbərliyi məsələyə münasibət bildirməyib.

Son xəbərlər

Orphus sistemi