Vladimir Putin: "Suriya münaqişəsinin tərəfləri atəşkəs rejiminə dair saziş imzalayıb"

Vladimir Putin: "Suriya münaqişəsinin tərəfləri atəşkəs rejiminə dair saziş imzalayıb" "Bir neçə saat əvvəl uğrunda çox çalışdığımız hadisə baş verdi"
Digər ölkələr
29 Dekabr , 2016 15:46
Vladimir Putin: Suriya münaqişəsinin tərəfləri atəşkəs rejiminə dair saziş imzalayıb

Bakı. 29 dekabr. REPORT.AZ/ Suriya münaqişəsinin tərəfləri arasında ölkə ərazisində atəşkəs elan olunması və sülh danışıqlarına başlamaq üçün hazırlığa dair razılıq əldə olunub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ölkəsinin xarici işlər naziri və müdafiə naziri ilə görüşündə bildirib.

"İndicə bir neçə saat əvvəl sadəcə gözləmədiyimiz, uğrunda çox çalışdığımız hadisənin baş verməsi barədə məlumat almışıq. Üç sənəd imzalanıb. Birinci sənəd Suriya hökuməti və silahlı müxalifət arasında ölkə ərazisində atəşkəs elan edilməsi ilə bağlıdır. İkinci sənəd atəşkəs rejiminə nəzarət edilməsi üzrə tədbirlər kompleksidir. Üçüncü sənəd isə Suriya məsələsinin nizamlanması üzrə sülh danışıqlarına başlamağa hazır olmaqla bağlı bəyanatdır" - V.Putin vurğulayıb.

Ümumiyyətlə, atəşkəs rejiminin dekabrın 30-u gecəyarısı qüvvəyə minəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi