Vladimir Putin İŞİD təhlükəsinin hələ qaldığını bildirib

Vladimir Putin İŞİD təhlükəsinin hələ qaldığını bildirib Bakı. 4 aprel. REPORT.AZ/ İŞİD terror qruplaşması hərbi məğlubiyyətə baxmayaraq, dünyanın müxtəlif yerlərində hücumlar həyata keçirməyə hələ qadirdir və onun qarşısını almaq üçün beynəlxalq qarşılıqlı əməkdaşlığın yeni formaları haqqında düşünmək lazımdır.
Digər ölkələr
4 Aprel , 2018 11:36
Vladimir Putin İŞİD təhlükəsinin hələ qaldığını bildirib

Bakı. 4 aprel. REPORT.AZ/ İŞİD terror qruplaşması hərbi məğlubiyyətə baxmayaraq, dünyanın müxtəlif yerlərində hücumlar həyata keçirməyə hələ qadirdir və onun qarşısını almaq üçün beynəlxalq qarşılıqlı əməkdaşlığın yeni formaları haqqında düşünmək lazımdır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransının iştirakçılarına ünvanladığı müraciətdə deyilir.

Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfindən oxunan müraciətdə deyilir: "Hərbi məğlubiyyətinə baxmayaraq, bu terror qruplaşması xeyli dağıdıcı potensialını, taktikanı tez dəyişdirmək bacarığını və dünyanın müxtəlif ölkə və regionlarda terror hücumları törətmək imkanını saxlayır. Digər ekstremist strukturlar da böyük təhlükə mənbəyidir".

Son xəbərlər

Orphus sistemi