Vitali Kliçko Kiyev şəhər merinin seçkilərində növbəti qələbəyə çox yaxındır

Vitali Kliçko Kiyev şəhər merinin seçkilərində növbəti qələbəyə çox yaxındır Kiyevin hazırki meri səslərin 40.4 faizini toplaya bilib
Digər ölkələr
25 Oktyabr , 2015 23:32
Vitali Kliçko Kiyev şəhər merinin seçkilərində növbəti qələbəyə çox yaxındır

Bakı. 25 oktyabr. REPORT.AZ/ Ukraynanın xalq deputatı, “Udar” Partiyasının lideri Vitali Kliçko Kiyev şəhər merinin seçkilərində növbəti dərə rəsmən qalib elan edilməyə çox yaxındır. "Report"un "Lenta.Ru" saytına istinadən verdiyi xəbərə görə, "Ukrayna Seçiciləri Komitəsi" adlı QHT tərəfindən keçirilən "exit-poll"-un nəticələrinə əsasən, Kiyevin hazırki meri səslərin 40.4 faizini toplaya bilib.

Onun ən yaxın rəqibi - "Batkivşina" Partiyasının namizədi Vladimir Bondarenkoya seçicilərin yalnız 8.7 faizi səs verib. Şəhər meri vəzifəsinə digər namizədlərsə seçicilərin daha az səsini toplayıblar.

Qeyd edək ki, bu gün həm də Kiyev şəhər sovetinə deputatların seçkisi keçirilib.

Son xəbərlər

Orphus sistemi