Keçmiş prezident məhkəmədə Ukraynanın Avropaya inteqrasiyası prosesini dayandırdığını açıqlayıb

Keçmiş prezident məhkəmədə Ukraynanın Avropaya inteqrasiyası prosesini dayandırdığını açıqlayıb Viktor Yanukoviç silahdan istifadəyə dair hər hansı əmr vermədiyini bildirib
Digər ölkələr
28 Noyabr , 2016 17:42
Keçmiş prezident məhkəmədə Ukraynanın Avropaya inteqrasiyası prosesini dayandırdığını açıqlayıb

Bakı. 287 noyabr. REPORT.AZ/ Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç məhkəmədə videoəlaqə vasitəsilə dindirilərkən Ukraynanın Avropaya inteqrasiya prosesini nə üçün dayandırdığını izah edib.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu gün V.Yanukoviç Kiyev şəhər Svyatoşinski Rayon Məhkəməsində baş tutan dindirilmələrdə Rusiyanın Rostov Vilayət Məhkəməsi ilə videoəlaqə yaratmaqla qatılıb.

"Xalqın qarşısında məsuliyyət daşıdığımı anlayırdım və Avropa İttifaqı (Aİ) ilə assosiasiya haqqında Sazişin imzalanması hərtərəfli Azad Ticarət Zonası baxımından milli maraqlarımıza birbaşa təsir edirdi. Ona görə də Ukrayna hökuməti Aİ-yə müraciət edərək bu Sazişə düzəliş edilməsini istədi. Özü də mən Ukraynanın Avropaya inteqrasiya prosesindən imtina etməmişəm, sadəcə, onu təxirə salmışam" - V.Yanukoviç bildirib.

Maydanda toplaşanların dağılışması üçün gücdən istifadə məsələsini şərh edən sabiq prezident 2013-cü il noyabrın 30-na keçən gecə baş verən qarşıdurmada həmin vaxt onun administrasiyasına başçılıq edən Sergey Levoçkinin əlinin ola biləcəyini deyib. Eyni zamanda, V.Yanukoviç silahdan istifadəyə dair hər hansı əmr vermədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi