Venesula Prezidenti: "Donald Trampla görüşməyə hazıram"

Venesula Prezidenti: "Donald Trampla görüşməyə hazıram" Bakı. 27 sentyabr. REPORT.AZ/ “Mən ABŞ Prezidentinin əlini sıxıb, onunla danışıqlar masası arxasında oturmağa hazıram”.
Digər ölkələr
27 Sentyabr , 2018 10:17
Venesula Prezidenti: Donald Trampla görüşməyə hazıram
0 : 00
0 : 00

Bakı. 27 sentyabr. REPORT.AZ/ “Mən ABŞ Prezidentinin əlini sıxıb, onunla danışıqlar masası arxasında oturmağa hazıram”.

“Report” “RT”yə istinadən xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı bildirib.

“Böyük tarixi və ideoloji fərqə baxmayaraq, mən bu kürsüdən bəyan edirəm ki, ABŞ prezidentinin əlini sıxıb, onunla danışıqlar masası arxasında oturmağa hazıram”, - N.Maduro vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp isə bildirib ki, N.Maduro istəsə görüşməyə hazırdır.

D.Tramp Venesuelada vəziyyəti dəyişmək üçün istənilən varianta hazır olduqlarını vurğulayıb. O hesab edir ki, Venesuelada vəziyyət utandırıcıdır.

Qeyd edək ki, bir müddət əvvəl D.Tramp hərbçilərin Venesuelada rejimi qısa müddətə dəyişə biləcəklərini demişdi. O, N.Maduro rejiminin Venesuela xalqı üçün təhlükəli olduğunu da qeyd etmişdi. 

Son xəbərlər

Orphus sistemi