Venesuelanın XİN rəhbəri Peru prezidentini qorxaq və sevimli köpək adlandırıb

Venesuelanın XİN rəhbəri Peru prezidentini qorxaq və sevimli köpək adlandırıb Peru prezidenti Latın Amerikasını ABŞ üçün problem yaratmayan it ilə müqayisə edib
Digər ölkələr
7 Mart , 2017 07:55
Venesuelanın XİN rəhbəri Peru prezidentini qorxaq və sevimli köpək adlandırıb

Bakı. 7 mart. REPORT.AZ/ Venesuelanın xarici işlər naziri xanım Delsi Rodriqes Peru prezidenti Pedro Kuçinskini qorxaq və köpək adlandırıb.

"Report" xəbər verir ki, bunu o, ABŞ-a səfəri zamanı Latın Amerikasını "Amerika üçün problem yaratmayan sevimli it" adlandırmasına münasibət bildirərkən deyib.

"Cənab Kuçinski, siz Şimali Amerika imperializminə qulluq edən qorxaq və yeganə sevimli itsiniz", - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi