Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriqes şənbə günü bildirib ki, son iki ayda respublikanın xarici hesablarından 30 milyard dollardan çox vəsait oğurlanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, o bunu Karakasda keçirilən mətbuat konfransında deyib.
"Son iki ayda 30 milyard dollardan çox pul oğurlanıb", - deyə nazir diqqətə çatdırıb.
Məmurun sözlərinə görə, Venesuelaya aid vəsaitlərin oğurlanması Vaşinqtonun tapşırığı ilə həyata keçirilir.
"Venesuelanın müxtəlif banklardakı aktivləri daşınır. Bütün bunlar Tramp administrasiyasının göstərişi ilə həyata keçirilir", - deyə o bildirib.