Yuxarı

Venesuelada Xuan Quaydonun katibi həbs olunub

​Venesuelada Xuan Quaydonun katibi həbs olunub
Venesuela məhkəməsi ölkə müxalifətinin lideri Xuan Quaydonun katibi Roberto Marreronun həbsinə qərar verib

Venesuela məhkəməsi ölkə müxalifətinin lideri Xuan Quaydonun katibi Roberto Marreronun 45 gün müddətinə həbsi barədə qərar verib.

Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.

O, dövlətə xəyanətdə, əvvəlcədən əlbir olub hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur. R.Marrero keçən həftə terror təşkilatları təşkil etməkdə ittiham olunaraq saxlanılıb. Yerli polisin məlumatına görə, onun evində aparılan axtarış zamanı silah partiyası və xarici valyuta aşkarlanıb.

Xatırladaq ki, yanvar ayının sonunda Xuan Quaydo özünü prezident vəzifəsinin icraçısı elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi