Venesuelada Xuan Quaydonun katibi həbs olunub

Venesuelada Xuan Quaydonun katibi həbs olunub Venesuela məhkəməsi ölkə müxalifətinin lideri Xuan Quaydonun katibi Roberto Marreronun həbsinə qərar verib
Digər ölkələr
29 Mart , 2019 12:09
Venesuelada Xuan Quaydonun katibi həbs olunub

Venesuela məhkəməsi ölkə müxalifətinin lideri Xuan Quaydonun katibi Roberto Marreronun 45 gün müddətinə həbsi barədə qərar verib.

Bu barədə "Report" "Kommersant"a istinadən xəbər verir.

O, dövlətə xəyanətdə, əvvəlcədən əlbir olub hakimiyyəti zorla ələ keçirməkdə ittiham olunur. R.Marrero keçən həftə terror təşkilatları təşkil etməkdə ittiham olunaraq saxlanılıb. Yerli polisin məlumatına görə, onun evində aparılan axtarış zamanı silah partiyası və xarici valyuta aşkarlanıb.

Xatırladaq ki, yanvar ayının sonunda Xuan Quaydo özünü prezident vəzifəsinin icraçısı elan edib.

Son xəbərlər

Orphus sistemi