Yuxarı

Venesuelada silahlılar şənlik iştirakçılarına hücum edib, ölənlər və yaralananlar var

​Venesuelada silahlılar şənlik iştirakçılarına hücum edib

Venesuelada silahlı şəxslər şənlik mərasimi iştirakçılarına hücum ediblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Məlumata görə, hadisə Araqua ştatında baş verib. Hücum zamanı 9 nəfər öldürülüb, 2 nəfər yaralanıb.

Polis bildirib hücum Pasxanı bayram edən ailəyə qarşı yönəlib. Quldurlar hücumdan sonra cinayətin izini ört-basdır etmək üçün evi yandırıblar.

Hadisə zamanı 5 nəfəri xilas etmək mümkün olub. Hazırda polis şahidləri dindirir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi