Yuxarı

Venesuelada baş vermiş silahlı toqquşmada 11 nəfər həlak olub

Venesuelada baş vermiş silahlı toqquşmada 11 nəfər həlak olub
Hücum edənlərin 11-i məhv edilib

Bakı. 13 sentyabr. REPORT.AZ/ Venesuelada silahlılar patrul xidməti çəkən hərbi konvoya hücum edib. 

"Report" xarici KIV-ə istinadən xəbər verir ki, hadisə Bolivar vilayətinin şərq hissəsində baş verib. 

Hərbçilərlə silahlılar arasında baş vermiş atışmada silahlıların 11-i məhv edilib. Bununla yanaşı, silahlı toqquşma zamanı bir hərbçi də yaralanıb.

Silahlıların hansı qruplaşmaya aid olduqları məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi