Yuxarı

Venesuelada prezidentə sui-qəsd cəhdi ilə bağlı daha bir neçə nəfər saxlanılıb

Venesuelada prezidentə sui-qəsd cəhdi ilə bağlı daha bir neçə nəfər saxlanılıb
© Foto: AFP

Bakı. 17 oktyabr. REPORT.AZ/ Venesuelada prezident Nikolas Maduroya sui-qəsd cəhdi ilə bağlı daha üç nəfər saxlanılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin rabitə və informasiya naziri Xorxe Rodriqes bildirib.

Onun sözlərinə görə, saxlanılanlar Osvaldo Kastilyo Lunar, Uilder Vaskes və Rafael Ernesto Dias Kuelodur. Hakimiyyət orqanlarının versiyasına görə, saxlanılanlardan ikisinin sui-qəsd cəhdində birbaşa əli var. Üçüncü şəxs isə Venesuelanın Hərbi Hava Qüvvələrinin istefada olan polkovnikidir. Onun məxfi strateji məlumatları Kolumbiyaya ötürdüyü bildirilir. "Bu, satqındır", - deyə nazir dövlət televiziyasının efirində bildirib.

Ötən ay Venesuela prezidenti Nikolas Maduro BMT-dən avqustda ona qarşı törədilmiş sui-qəsd cəhdinin araşdırılması üçün beynəlxalq çərçivədə, müstəqil təhqiqatın təşkil edilməsini xahiş edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi