Yuxarı

Venesuelanın müvəqqəti prezidenti elan olunan Xuan Quaydonun avtomobilinə hücum edilib

Venesuelada parlament sədrinə hücum olub
© ria

Venesuela parlamentinin sədri, özünü ölkənin müvəqqəti prezidenti elan edən Xuan Quaydonun avtomobilinə naməlum şəxslər hücum ediblər.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, hadisəni əks etdirən video yerli “VPİ” televiziyasında yayımlanıb.

Hadisə martın 27-də gecə saatlarında ölkənin paytaxtı Karakasda baş verib. X.Quaydonun əyləşdiyi avtomobil işıqforda dayanan zaman bir nəfərin hücumuna məruz qalıb. Həmin şəxs maşının qapısını açmağa çalışıb. Avtomobil yerindən tərpənəndən sonra küçədəki naməlum şəxslər ona hücuma keçərək, müxtəlif əşyalar atmağa başlayıblar. Bütün bunlar işıqfordakı kameraya düşüb. 

ABŞ-ın dövlət katibi Maykl Pompeo hadisə ilə bağlı açıqlama yayıb. O qeyd edib ki, belə hədələyici, qorxutma aksiyaları Venesuelada qaçılmaz olan demokratiyanın bərpasını, sabitliyin bərqərar olmasını və xalqın çiçəklənməsini təxirə sala bilməz.

Qeyd edək ki, bu ilin yanvarında Xuan Quaydo ölkənin müvəqqəti prezidenti elan edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi