Venesuelada nümayişlər zamanı 400-dən çox etirazçı saxlanılıb

Venesuelada nümayişlər zamanı 400-dən çox etirazçı saxlanılıb Aprel ayından bu yana ümumi saxlanılanların sayı min nəfərə yaxınlaşıb
Digər ölkələr
20 Aprel , 2017 08:41
Venesuelada nümayişlər zamanı 400-dən çox etirazçı saxlanılıb

Bakı. 20 aprel. REPORT.AZ/ Çərşənbə günü Venesuelada hökumət əleyhinə keçirilən genişmiqyaslı nümayişlər zamanı 400-dən çox etirazçı saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "Venesuela cinayət forumu" qeyri-hökumət təşkilatının sədri, vəkil Alfredo Romero öz "Twitter" mikrobloqunda yazıb.

“İndiyədək bütün Venesuela ərazisində 400-dən çox insan saxlanılıb”, — deyə o bildirib.

Beləliklə, aprelin əvvəlindən etiraz aksiyaları zamanı saxlanılanların ümumi sayı təqribən min nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi