Yuxarı

Venesuelanın neft emalı zavodunda yanğın baş verib

İnsident bazar günü liman şəhəri Puerto-La-Krusda qeydə alınıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Venesuelanın şimalında yerləşən neft emalı zavodunda yanğın baş verib.

"Report" xəbər verir ki, bu barədə "Impulso" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, insident bazar günü liman şəhəri Puerto-La-Krusda baş verib. Hadisə yerinə həkimlər və təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb olunub.

Zərərçəkənlər barədə məlumat yoxdur. Yanğının səbəbi araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi