Yuxarı

Venesuelada minimum əmək haqqı 60 dəfə artırılıb

Venesuelada minimum əmək haqqı 60 dəfə artırılıb

Bakı. 18 avqust. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro cümə günü "El Petro" kriptovalyutasının dəyərini və avqustun 20-dən ökədə yeni minimal əmək haqqının məbləğini açıqlayıb. Həmin gün Venesuela yeni, denominasiya edilmiş valyutaya – suveren bolivara keçəcək.

“Report” xəbər verir ki, Maduronun sözlərinə görə, bir "El Petro" 60 dollar (3,6 min yeni bolivar və ya 360 milyon denominasiya edilməmiş bolivar) təşkil edəcək.

Bununla belə, avqustun 17-də "qara bazar"da məzənnə 5,9 milyon köhnə bolivar olub. Hazırkı bolivardan 5 sıfır silinəcək.

Minimum əmək haqqının həcmi 1 "El Petro"nun yarısına qədər (yəni 1,8 min bolivar və ya 180 milyon köhnə bolivar) artırılacaq. Bu o deməkdir ki, minimum əmək haqqının həcmi təqribən 60 dəfə artmış olacaq. Hazırda minimum əmək haqqı 3 milyon bolivara bərabərdir.

Prezident həmçinin ölkədə ƏDV-nin 12-dən 16 faizədək artdığını elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi