​Venesuelada məhbuslar qiyam qaldıraraq həbsxana direktorunu girov götürüblər

​Venesuelada məhbuslar qiyam qaldıraraq həbsxana direktorunu girov götürüblər Etirazlar görüşlərin ləğv olunması, pis qidalanma və sərt rəftarla bağlıdır
Digər ölkələr
23 Noyabr , 2014 08:43
​Venesuelada məhbuslar qiyam qaldıraraq həbsxana direktorunu girov götürüblər
Bakı. 23 noyabr. REPORT.AZ/ Venesuelanın paytaxtı Karakas şəhəri ətrafında yerləşən "Rodeo-3" həbsxanasının məhkumları qiyam qaldıraraq müəssisə direktorunu və beş mühafizəçini girov götürüblər.

"Report" xəbər verir ki, 500-dən artıq dustağın iştirak etdiyi etirazlar görüşlərin ləğv olunması, pis qidalanma və sərt rəftardan irəli gəlib.

Venesuelanın hərbi polis bölmələri həbsxanaya gedən yolları bağlayıblar. Məhbuslar danışıqlar zamanı həbsxana işləri üzrə nazir İris Valeranın da iştirakını tələb edirlər.

Son xəbərlər

Orphus sistemi