Bakı. 1 iyul. REPORT.AZ/ Venesuelada bir qrup silahlanmış maskalı şəxs xəstəxanaya hücum edib.
"Report"un "El Nacional"a istinadən verdiyi xəbərə görə, hadisə Barkisimeto şəhərində baş verib.
Nəşrin yazdığına görə, hücum edənlər hakimiyyətyönümlü qruplaşmaların üzvləri olub.
Bundan öncə yayılan xəbərə görə Barkisimeto şəhərində keçirilən etiraz aksiyaları zamanı Milli Qvardiyanın polkovnik-leytenantı Qustavo Bustasa yaralanıb.