Venesuelada iki deputat parlament toxunulmazlığından məhrum edilib

Venesuelada iki deputat parlament toxunulmazlığından məhrum edilib Bakı. 9 avqust. REPORT.AZ/ Venesuelanın Milli Təsis Yığıncağı çərşənbə günü öz xüsusi iclasında parlamentin müxalifətdən olan deputatları Xulio Borxes və Xuan Rekesensi toxunulmazlıq hüququndan məhrum edib.
Digər ölkələr
9 Avqust , 2018 06:13
Venesuelada iki deputat parlament toxunulmazlığından məhrum edilib

Bakı. 9 avqust. REPORT.AZ/ Venesuelanın Milli Təsis Yığıncağı çərşənbə günü öz xüsusi iclasında parlamentin müxalifətdən olan deputatları Xulio Borxes və Xuan Rekesensi toxunulmazlıq hüququndan məhrum edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, müvafiq qərar prezident Nikolas Maduronun ötən gün onların hər ikisini dronlardan istifadə yolu ilə sui-qəsddə iştirakda günahlandırmasından sonra qəbul olunub.

Borxes bu ittihama cavabında baş verənləri məzhəkə adlandırıb. O həmçinin hakimiyyəti deputat Rekesensi parlament toxunulmazlığı olduğu halda oğurlamaqda ittiham edib.

Borxes və Rekesensin toxunulmazlığının ləğvinə Təsis Yığıncağının, əsasən Maduro tərəfdarlarından ibarət olan bütün üzvləri səs verib.

Son xəbərlər

Orphus sistemi